[email protected] World Language Center (Səid Rüstəmov 17)
Kraudfandinq və Marketinq strategiyası.

Kraudfandinq və Marketinq strategiyası.

Uğurlu bir marketinq kampaniyası üçün yaxşı bir layihənin və ya ideyanın olması ilə yanaşı düzgün kraudfandinq marketinq planı da olmalıdır. Bu gün səninlə ideya və layihənin marketinq planını qurmaq bərədə danışacağıq. İlk olaraq bu mifi kənara qoymalıyıq ki, heç bir cəhd etmədən minlərlə insan sənin ideya və ya layihənə investisiya qoymayacaq. 

Hər uğurlu yüksəlişin arxasında kampaniyanı həyata keçirən insanın böyük bir səylə hazırladığı kraudfandinq marketinq planı durur.

"Marketinq planı necə hazırlanır və hansı mərhələlərdən ibarətdir?" Artıq bu sualı verdiyini eşidirəm. O zaman kraudfandinq marketinq planının necə hazırlanmasından və hansı mərhələlərdən ibarət olmasından başlayaq. 

Bir kampaniyanı həyata keçirəndə uğurlu bir marketinq  planı ilə paralel bir sıra taktikalardan istifadə edilərək yaxşı hazırlanmış strategiya lazımdır.

 

 Netvörkinq (Şəbəkələşmə) -  sənin ətrafında olan tanıdığın şəxslər

 

 Layihənə dəstək sənin netvörkinqindən asılıdır. Netvörkinq marketinqinin kraudfandinqdə rolu böyükdür. Buna görə ilk hədəfin netvörkinqi kateqoriyalara bölmək və işə salmaqdır. 

Birinci dərəcəli əlaqələr. Uğurunu  görmək istədikləri üçün sənə dəstək olacaq insanlar:

Yaxın dostların, ailən və həmkarların. 

İkinci dərəcəli əlaqələr. Dostlarının dostları. Dostların vasitəsilə onlarla qarşılıqlı əlaqələr qurduqdan sonra sənə  dəstək verməkdə maraqlı olacaqlar.

Üçüncü dərəcəli əlaqələr. Sənin layihən haqqında kütləvi informasiya vasitələri və  sosial mediadan xəbər tutanlardır. Məsələn sənin layihən haqqında elanı və ya postu facebook, instagram və ya hər hansı kraudfandinq platforması vastəsilə görüb  xəbər tutanlar.

 

Əsas məlumatlandırma vasitələri.

Fərqli insan kateqoriyaları dəstək toplamaq üçün müxtəlif məlumatlandırma vasitələri tələb edir. Kraudfandinq marketinqinin planına hər hədəf qrupuna  yönəlmiş spesifik taktikalar daxil edilməlidir.

Şəxsi e-mail. Şübhəsiz, ən yaxın birinci səviyyəli əlaqələrinə yazılmış şəxsi e-maillər həmişə ən təsirli olacaqdır. Çətinliyin ətrafında  məhdud sayda tanışlarının  olması ola bilər.  Bu təsirli olsa da, ancaq kifayət etməz. 

Sosial Media. Sosial medianın gözəlliyi nə qədər  insana çatmağında deyil, neçə nəfərin bu barədə öz ətrafı ilə paylaşa biləcəyindədir. Twitter, Facebook və ya LinkedIn-də güclü bir izləyicin olmasa da, dostların və ya dəstəkçilərin ola bilər. Buna görə səninlə bağlı məlumatların insanlar tərəfindən  necə paylaşılacağını anlamaq vacibdir.

Media Yayım (PR). Media üçüncü dərəcəli əlaqələrə çatmaq üçün gözəl bir yoldur, lakin bunun effetivliyi kiminlə və necə danışacağından asılıdır. Bura sahən ilə bağlı hər hansı saytda olan müsahibən və ya hər hansı platformada, televiziya kanalında olan çıxışın aiddir. 

Ödənişli Reklam -  Kiçik, konkret seqmentə yönəlmiş ödənişli reklam kampaniyaları səni əlçatmaz görünən auditoriyalara götürür.  Müsbət cəhəti  onları qurmaq və test etməyin asan olmasıdırsa, mənfi cəhəti isə onların real pula başa gəlməsidir.

 

Kraudfandinq marketinq kampaniyası zamanı diqqət edilməli vacib nüanslara nəzər salaq.

Bənzər layihələri araşdırmaq. Bu layihələr kraudfandinq marketinq perspektivində nəyin işlədiyini və nəyin işləmədiyini görməyə kömək edəcək, həm də layihə sahibləri səni öz çevrələri ilə əlaqələndirə bilərlər. 

Bütün hamını qazanmağa çalışma- kraudfandiq marketinq mesajını hədəf auditoriyana və onların ehtiyaclarına yönəlt. Ən uğurlu kampaniyaların 1000-dən az dəstəkçisi var, belə ki, həqiqətən kiçik qrupla ələqə qurmaq sənə lazım olan hər şeyi verəcək.

Hədəfini bacardığın qədər aşağı səviyyədə tut. Unutma ki, uğurlu Kickstarter kampaniyalarının 72% -i 10.000 $ -dan az və az hissəsi 100.000 $ -dan çoxunu qazanır. İlk olaraq düşünülməli olan  layihənin ilkin hissəsi üçün lazım olan pul vəsaitidir.  Daha az miqdarda pul yığma ehtimalı çox yüksəkdir və gələcək kampaniyalarda bu uğuru artırmaq olar.

 

Qeyri-kommersiya təşkilatlarının, sənətçilərin, musiqiçilərin və digər fərdi şəxslərin  pul yığmasına kömək edən kraudfandinq (kütləvi maliyyələşdirmə) veb saytları sayəsində iş əbədi dəyişdi. Kraudfandinq  xəyalları gerçəkləşdirir və yuxarıdakı marketinq strategiyaları ilə sən də həyat ambisiyalarını həyata keçirə bilərsən!

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!