Digər blog yazılarımızda kraudfandinq nədir və onun müsbət və mənfi tərəfləri nədir kimi mövzulara aydınlıq gətirməyə çalışmışdıq, indi isə sizə kraudfandinqin növləri ilə tanış edəcəyik. Bu mövzu sizə kampaniyanıza başlamaq üçünuyğun bir növü seçmək, rahat bir yol getməyinizə kömək edəcəkdir.
İlk olaraq, kraudfandinqin əhəmiyyətini vurğulamaq üçün qeyd edək ki, qlobal kraudfandinq bazarının 2025-ci ilə qədər illik ianələrin təxminən üç qat artaraq 28.8 milyard dollara çatacağı gözlənilir.
Uğur qazanmaq üçün hər növün tam olaraq nə vaxt və necə istifadə ediləcəyi, ən çox yayılmış beş kraudfundinq növünü, gəlin birlikdə kəşf edək:
1.İanə əsaslı kraudfandinq.
İanə əsaslı kraudfandinq ən populyar növlərdən biridir. Çox sayda insandan kiçik məbləğli ianə toplamaqla həyata keçirilə bilər. İanə əsaslı kraudfundinq şəxsi ehtiyaclar, həmçinin cəmiyyətə faydalı layihələr üçün istifadə olunur. Fərqindəlik yaratmaq və daha çox ianə toplamaq üçün öz ətrafınızla, dost-tanışlarınızla və sosial mediada öz layihəniz barədə müxtəlif paylaşımlar edə bilərsiniz.
Kraudfandinqin bu növündə ianəçilər qarşılığında heç bir mənfəət gözləmədən sosial və ya müəyyən yardım layihəsinə pul bağışlaya bilər. Ən tanınmış ianə məqsədli kraudfandinq şirkətlərindən biri GoFundMe-dir.
2.Mükafat əsaslı kütlə fondu.
Bir məhsul və ya xidmət təqdim edən yeni bir start-up layihəsi və ya təşkilat üçün vəsait toplamağa görə istifadə olunan kraudfandinqin digər bir növüdür.
Mükafatlara əsaslanan kütləvi maliyyələşdirmə ilə ianəçilər bağışladığı məbləğə görə mükafat qazana bilərlər. Ümumi mükafatlar arasında əlişi ilə hazırlanan əşyalar və ya təşkilatçı tərəfindən təklif olunan pulsuz məhsullar ya da xidmətlər yer alır.
3.Borc əsaslı kraudfandinq.
Peer-to-peer lending kimi də bilinir, ehtiyac duyulan məbləği toplamağın sürətli və asan bir yoludur.
Borca əsaslanan kraudfandinq növündə məbləğin borc olaraq toplanması nəzərdə tutulur. LendingClub bu sahədə tanınmış borc əsaslı bir kraudfandinq şirkətidir.
4. Səhm əsaslı kraudfandinq
Bu növdə sosial sahibkarlar və təşəbbüskarlar müəyyən səhm qarşılığında layihələri üçün pul toplayırlar.
Səhm əsaslı kütləvi maliyyələşmə, ödədiyiniz pul qarşılığında yaradılan biznes və fəaliyyətdən pay almağı nəzərdə tutur. Bir növ, həmin layihənin ortağı olursunuz.
Məsələn, AngelList, 2010-cu ildən bu günə qədər kraudfandinq kampaniyalarında insanlara fürsətlər yaradan və səhm əsaslı kraudfandinq üçün ən məhşur platformalardan biridir.