[email protected] World Language Center (Səid Rüstəmov 17)
Məşhur logolar haqqında maraqlı faktlar

Məşhur logolar haqqında maraqlı faktlar

Coca-Cola

Cola-Cola`nın yaradıcısı Dr. Pemberton’un şəriki və həm də mühasibi Frank Robinson, 2 C hərfinin möhtəşəm bir dizayn yaradacağını düşündü və öz əl yazısı ilə Coca-Cola`nın logosunu dizayn etdi. Coca-Cola`nın mənası “Dadlı və Təzə” deməkdir.

 

 

 

Lego

Uşaqların sevimlisi olan Lego, maraqlı logo tarixinə sahibdir. Danimarka dilində “yaxşı oyna” mənasını verən “Legt Godt” sözlərinin birləşmələrindən ortaya çıxmışdır. Lego, latın dilində isə “Birləşdirirəm” mənasına gəlir.

 

 

 

Nike

Nike swoosh bəlkə də idman dünyasında ən məşhur loqo simvoludur. Dünyanın sevərək istifadə etdiyi marka, adını yunan qələbə tanrısı Nike`dən almışdır. Jeff Johnson bir gün yuxusunda qələbə tanrısı Nike`ni görür və Nike adını markada istifadə etməyi qərarlaşdırır. Logunu bir tələbəyə 35 dollara hazırlatdırmışdılar. Yaradılan zaman brend sahibi Phil Knight bir məqsəd güdürdü: hərəkət və sürəti çatdıran sadə loqo dizaynı.

 

 

 

Amazon

Markanın adının “A” hərfi ilə başlaması əlifba sırasına görə ilk sıralarda gəlməsinə görə seçilmişdir. Logoya diqqət yetirsəniz narıncı oxun “A” hərfindən çıxıb “Z” hərfində bitdiyini görərsiniz. Bunun mənasını Jess Bezos belə izah edir: “A nöqtəsindən Z nöqtəsinə, həryerə çatdırılma edəcəyik”

Amazon sözü isə dünyaca məşhur Amazon çayına görə seçilmişdir. Amazonun qurucusu Jeff Bezos, o vaxtdan qurduğu şirkətin də Amazon gölü kimi məşhur olacağını təxmin etmişdir.

 

 

 

 

Apple

Apple`ın dişlənmiş alma logosu... Dünyanın ən məşhur logolarından biri də Apple`dır. Apple 1976-cı ildə Steve Jobs və Steve Wozniak tərəfindən qurulmuşdur. İlk olaraq dişlənmiş alma olaraq tanınsa da, ilk Apple logosunda İsaac Newton vardı. Yəqin ki, Newton`un ağacın altında oturarkən başına alma düşərək cazibə qüvvəsini kəşf etməsi ilə əlaqədardır.

 

 

 

 

Walt Disney

Walt Disney Pictures şirkəti dünyanın ən məşhur əyləncə və məlumat quruluşlarından biridir. Şirkətin əsası animator, kino prodüseri və səs aktyoru Walter Disney tərəfindən qoyulmuşdur. Logodakı yazı bir çoxunun diqqətini çəkir və ağılda belə bir sual yaranır: “Bu Walter Disney`in öz imzasıdır mı?”. Qismən hə, lakin tam olaraq onun imzası demək olmaz. Loqodakı əl yazısı qurucunun stilizə edilmiş halı olsa da, Disney çox tez-tez öz imzasını dəyişdiyi üçün dizaynerlər tərəfindən müəyyən edilə bilmirdi.

 

 

 

McDonald`s

McDonald`s logosu bütün dünyada tanınır və fast food yeməklərinin simvoluna çevrilib. McDnonald`sın qızılı “M” hərfi logosu... Qızılı “M” hərfi logosu 1952-ci ildə ilk françayzinq restoranının memarlığına əsaslanır.

 

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!