[email protected] World Language Center (Səid Rüstəmov 17)
Oxu yaddaşınızı gücləndirmək üçün 5 xüsusi metod!

Oxu yaddaşınızı gücləndirmək üçün 5 xüsusi metod!

3 aydan uzun müddət əvvəl oxuduğunuz bir kitabı düşünün. Bu kitabın təminən 100-də neçəsini xatırlayırsınız? Araşdırmalara görə oxuduqlarımızın 100-də 10-u xatırlayıb 100-də 90-nı beynimizdən silirik. Yeni bir dil öyrənmək, oxuduğunuz kitablardan daha çox məlumat əldə etmək və ya təhsil həyatınızda daha uğurlu olmaq istəyə bilərsiniz. Amma oxuduqlarınızın 100-də 90-ı bir müddət sonra unudulacaqsa, istədiyiniz uğuru əldə etməyə biləsiniz. Bu bloqda oxuduğunuz hər hansısa məlumatın yaddaşınızda uzun müddət həkk olunması üçün 5 metoddan bəhs edəcəyik.


1. Təfərrüatlı sorğulama 
Öyrəndiyiniz hər bir yeni məlumatı təfərrüatlı şəkildə sorğuladığınız zaman onu daha tez mənimsəyəcəksiniz.  Sadə "niyə?"  Sual sizi nəticəyə aparacaqdır. Beləliklə, siz hər bir məlumatı sorğuladığınız zaman onun dəqiqliyini və mənasını da araşdırmış olacaqsız.  Bu, analitik düşünmə gücünüzü artıracaq və daim öyrəndiyinizi hiss edəcəksiniz. 

2. Yeni məlumatı özünüzə izah etmə
Öyrəndiyiniz yeni bir məlumatı, bildiyiniz başqa məlumatlarla əlaqələndirildikdə daha qalıcı olur. İnsan yeni məlumatın istifadə olunacağı sahəni özünə ilə izah edərək öyrənməni asanlaşdırır. 

3. Ümumiləşdirmə metodu
Əlbəttə ki, öyrənmək istədiyiniz mövzunun hamısını bütövlükdə mənimsəmək çox çətindir.  Ancaq bir mövzunu böyük bir məlumat yığınından mənalı qısa məlumata çevirsəniz, öyrəndiklərinizin qalıcı olma ehtimalı daha yüksəkdir.  Buna görə də, vacib hissələri oxuyun, anlayın, ümumiləşdirin.  Anlayaraq etdiyiniz xülasələr asanlıqla yadınızda qalacaq. 

4. Özünü sınamaq 
Özünüzə suallar vermək və xatılmağa çalışmaq məlumatın yaddaşa güclü şəkildə kodlanmasını təmin edir.  Bir çox insan test təcrübəsinin məlumatı nəzərdən keçirməkdən daha vacib olduğunu dərk etmir. Bu üsul bildiklərinizi qalıcı edir və onu yadda saxlamaq qabiliyyətinizi artırır. 

5. Öyrəndiklərinizi vizuallaşdırın
Əgər işləyərkən izləməyə üstünlük verənlərdənsinizsə, bu texnikadan uzaq deyilsiniz.  Oxuduqlarınızın vizuallaşdırılması oxuduğunuz məlumatı fərdiləşdirəcək. Yaratdığınız zehni sxem məlumatı bir-biri ilə bağladığından öyrəndiklərinizin qalıcılığı artır.

Bəs sizin istifadə etdiyiniz xüsusi metodlar hansılardır? smiley

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!