[email protected] World Language Center (Səid Rüstəmov 17)
Pulunuza qənaət etmənin yolları

Pulunuza qənaət etmənin yolları

Son illərdə birçoxumuz maddi açıdan sıxıntılar yaşamışıq. Bunun fərqli səbəbləri ola bilər: işsiz qalmaq, maaşın aşağı olması, iqtisadiyyatda baş verən problemlər və.s. Lakin bunlardan ən əsası da pulumuzu düzgün idərə edə bilməmək bədxərc olmaqdır. Bu yazımızda sizə pulunuza necə qənaət edə biləcəyiniz haqqında kiçik tövsiyyələr verilmişdir. Bu tövsiyyələri öz həyatınıza tətbiq etsəniz necə qənaət edəcəyinizi görəcəksiniz.

 

Büdcə

Əvvəlcə aylıq nə qədər qazandığınızı bilmək vacibdir. Aylıq olaraq sizə nə qədər pul gəldiyini qeyd edin. Daha sonra aylıq olaraq nə qədər xərclədiyinizi qeyd edin. Nəyə nə qədər pul xərcləyirsiniz? sualı önəmlidir. Nəyə nə qədər pul xərclədiyinizi bilsəniz büdcənizə uyğun şəkildə xərcləriniz üçün bir limit qoya bilərsiniz. Bunun üçün birçox proqramlar var. Onları teleofnunuza yükləyərək hər şeyi orada qeyd edə bilərsiniz. Örnək olaraq İncome & Expense Tracker, Money Lover – Spending Manager,  Wallet: Budget Expense Tracker kimi proqramları göstərmək olar.

 

Borcla vidalaşın

Borc qənaət etməyinizə əngəl olan əsas şeylərdən biridir. Borc sizi gəlirdən məhrum edir! Artıq borcla vidalaşmaq lazımdır.  Keçmiş borclarını kiçikdən böyüyə doğru ödəyin və bir daha borc etməyin.

 

Topdan Alın

Davamlı olaraq istifadə etdiyiniz məhsulları topdan ala bilərsiniz. Topdan almaq pərakəndə almaqdan daha ucuz başa gələcək. Bu məhsullara un, yumurta, yağ, çay, şəkər və.s örnək göstərilə bilər.

 

Yeni məhsul almadan əvvəl düşünün

Yeni birşey almadan əvvəl düşünün. Bu məhsul sizə həqiqətən lazımdır mı, bu məhsulu alsanız və ya almasanız sizə nə kimi təsirləri olacaq? və.s. Lazımsız şeylərə pul xərcləməmək üçün belə suallar verilməlidir.

 Çox vaxt bir məhsul aldıqdan sonra insanlar “mən bunu niyə aldım axı?” , “nəyimə lazım olacaq bu məhsul?” kimi suallar verərək peşman olurlar. Belə problemlər yaşamamaq üçün əvvəlcədən fikirləşib almaq lazımdır.

 

Əyləncə xərclərinizi azaldın

Əyləncələrə pul xərcləmə vərdişlərinizi tamamilə sonlandırmaq yerinə məhdudlaşdırmağa çalışın. Məsələn həftədə bir dəfə dostlarınızla görüşüb sinemaya getmək yerinə bunu ayda bir dəfə edin. Bununla daha çox qənaət edəcəksiniz.

 

Maaşınızın yarısın kənara qoyun

Maaşınızın yarısını kənara qoyaraq az pulla yaşamağı öyrənin. Kənara qoyduğunuz pulu banka qoyaraq və ya başqa bir yolla investisiya edə bilərsiniz. Bu şəkildə qənaət etdiyinizdən də çoxunu qazana bilərsiniz.

 

Evdə yemək yeyin

 Yeməyinizi evdə yeyərək kafe və restoranlara daha az pul xərcləyə bilərsiniz. Eyni zamanda kofenizi evdə hazırlayıb yanınızda gəzdirin. Kofeyə daha az pul xərcləmiş olarsınız. Həmçinin işə gedərkən evdə yemək hazırlayıb da aparmaq qənaət etməyinizə kömək edəcək.

 

Cashback proqramlarından və  endirim kuponlarından istifadə edin

Birşey alarkən kartla ödəniş etsəniz kartınıza cashback gələcək vəya kassirdən aldıqlarınızla birlikdə ƏDV (əlavə dəyər vergisi) istəyin. Sizə xüsusi QR kod veriləcək siz ƏDV saytında bu kodu scan edərək aldığınız məhsulun bir hissəsini geri alacaqsınız.

 Həmçinin endirimlərdən yararlamağı da unutmayın. Daha çox endririm olduğun bildiyiniz mağazalardan alış-veriş edin.


İkinci əl əşyalar alın

Xüsusilə geyimlərinizi ikinci əl alsanız çox böyük qənaət etmiş olacaqsınız. Yaxşı vəziyyətdəki ikinci əl geyimlər ilə təzə geyimlər arasındakı fərqi heçkim anlamayacaq.

Yuxarıda pula qənaət etmək üçün birçox faydalı tövsiyyə qeyd edildi. Siz bunlardan bir neçəsini tətbiq etməyə başlasanız gəlirinizi necə rahat xərclədiyinizi və bir hissəsini saxladığınızı görəcəksiniz.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!