Sosial şəbəkələrdə “story” necə hazırlanmalı?
“Story”lər fərqli funksiyaları yerinə yetirir. Bu isə öz növbəsində şirkətinizin marketinq hədəfi ilə uyğunlaşmalıdır. Hətta bir çox şirkət hər gün daha kiçik auditoriya ilə əlaqə qurmağın bir yolu kimi “story” funksiyasından istifadə edir. Ancaq paylaşımlarla diqqət çəkmək çətin ola bilər.
Təkcə İnstaqram hekayələrində gündəlik 400 milyon istifadəçi çox vaxt mətn, gif və musiqi ehtiva edən “story” ilə gənc auditoriyanın diqqətini cəlb edir və getdikcə daha çox şirkət bu funksiyanı sınaqdan keçirir. Bəs daha maraqlı, diqqət çəkici “story”ləri necə hazırlayaq deyə düşünürsünüzsə sizə “story” hazırlamaq üçün 5 praktik məsləhət verək:
Hesabınızı hər kəsə açıq (public) istifadə etməyə çalışın; Hesabınızın hər kəsə açıq olması “story”lərinizin izlənmə sayını da artıra bilər. Beləliklə, sizi izləməyən insanlara da çata bilərsiniz.
Musiqi və stikerlər əlavə edin; Bildiyiniz kimi, İnstaqram son zamanlarda “story”lərdə musiqi paylaşma xüsusiyyətinə malikdir. Bu xüsusiyyət ilə izləyicilərinizin diqqətini cəlb edə bilərsiniz.
Düzgün “hashtag” istifadə edin; Hər populyar olan “hashtag”dən istifadə etməməyiniz vacibdir. Buna görə də hədəf auditoriyanızı əvvəldən çox yaxşı müəyyənləşdirərək, lazımi “hashtag” ilə lazımi insanlara çata bilərsiniz.
“Story”ləri önə çıxarmağa (highlights) çalışın; İzləyicilərinizin “story” izləmə statistikasına baxın. Səhifənizə və məzmununuza uyğun olduğunu düşündüyünüz ən çox baxılan paylaşımları önə çıxarda bilərsiniz.
Dizayn tətbiqetmələrindən istifadə edin; Yaxşı ki, markanıza uyğunlaşdırıla bilən müxtəlif şablonlardan istifadə edərək hazırlanacaq, məzmunu daha sürətli yaratmağı asanlaşdıran tətbiqlər var.
“Story” hazırlayarkən işinizi asanlaşdıracaq 10 tətbiq:
Storyflow - hərəkətli xüsusi “story”lər yaratmağı asanlaşdırmaq üçün geniş bir şablon və şrift ehtiva edən pulsuz bir tətbiqdir. Tətbiqdə sosial media istifadəçiləri üçün yükləməyə və paylaşmağa hazır olan bir çox paylaşımlar var.
Vimage - Əvvəllər kəpənəklərin uçduğu, yağış yağdığı fotoşəkillərin və ya “story”ləri necə yaratmaq olur deyə düşünürdüzsə, Vimage bu dizayn tərzi üçün əla bir tətbiqdir. Fotoşəkillərinizə yüzlərlə filtr tətbiq edərək maraqlı məzmun hazırlaya bilərsiniz.
Quik - Növbəti tətbiq sayəsində oturduğunuz yerdən çox qısa filmlər çəkə bilərsiniz. Quik, video şəklində məzmun paylaşanlar üçün inanılmaz dərəcədə faydalı və pulsuz bir tətbiqdir. İstəsəniz, bir çox fotoşəkil və videoları özünüz düzəldə və keçidlər, musiqi əlavə edə bilərsiniz.
StoryChic - Bir çox pulsuz fərqli şablonlar var. Bu tətbiqin ən yaxşı xüsusiyyəti animasiyalar hazırlamaq və videolarınızla yanaşı fotolardan da istifadə etməkdir.
Story Maker - Bu tətbiqetmə həm də çox uğurlu şablonlar təqdim edən, video, foto kollaj və rəngli dizaynlar hazırlamağa imkan verən bir proqramdır və istədiyiniz stikerləri “story”lərinizə də yerləşdirə bilərsiniz.
Animated Stories - Hekayələri animasiya üslubunda paylaşmağı sevənlər bu tətbiqi çox bəyənəcəklər. Bu tətbiqetmənin ən vacib xüsusiyyəti yalnız animasiya tərzi şablonları təklif etməsidir, lakin digər tətbiqlərdə olduğu kimi heç bir məhdudiyyət yoxdur. Onlarla şablondan pulsuz istifadə edə bilərsiniz. Arxa plan rənglərini də dəyişə bilərsiniz. Ayrıca musiqi, etiket və mətn əlavə edə bilərsiniz. Vaxtı isə istədiyiniz kimi qısaldıb uzada bilərsiniz.
Post Muse - Bu tətbiqetmənin digərlərindən fərqi budur ki, öz dizaynınızı sıfırdan yarada bilərsiniz. Şablon və xüsusiyyət bir az məhduddur, lakin gözəl kolajlar var.
Story Lab - Rəngli paylaşmağı sevənlər tərəfindən üstünlük verilə biləcək bir tətbiq. Üstünlüyü ondan ibarətdir ki, hekayələrin yanında yazı üçün şablonlar da təklif edir. Mənfi tərəfi məhdud şablonlar və dizayn seçimləri təklif etməsidir.
Prequel – Bu tətbiq vasitəsilə “story”lərinizə professional və estetik toxunuşlarla rənq qata bilərsiniz. Prequel Disco, Miami ,Retro və daha bir çox effektlərlə şəkil və videolarınızda istədiyiniz tərzi yaradın.
Storyluxe – Dinamik “story” şablonları ilə diqqət çəkən bu tətbiq, dizaynlarınızı daha nəzərə çarpan edərək, şablonları özəlləşdirmə imkanı tanıyır. Film çərçivələri, neon və çiçək naxışları kimi bir çox şablon seçiminə sahib olan bu tətbiq, xüsusi günlərdə çıxardığı kolleksiyalarla da diqqət çəkməyi bacarır.
Bütün bunlar vasitəsilə “story”lərinizə fərqlilik qata və daha maraqlı paylaşımlar hazırlaya bilərsiniz. Elə indi story paylaş və Toxum.org-u işarələ! ;)