2014-cü il Birləşmiş Millətlər Təşkilatının açılış tədbirində Wendy Diamond "Dünya Qadınlarının sahibkarlıq günü"-nün əsasını qoydu. O gündən etibarən hər il, noyabrın 19-u "Qadınların Sahibkarlıq günü" kimi qeyd olunur. Lakin sahibkar qadınlara bir gün yox, davamlı şəkildə dəstək olmayıq. Dəstək üçün edə biləcəklərimiz müxtəlif yollar vardır:
1. Qadınlara məxsus kiçik bizneslərini sosial mediada tanıtmaq.
Sosial mediadakı yazılarınızda bunları qeyd edərkən onları işarələyin, onların paylaşımlarına şərh yazın və buna maraqlı olan dostlarınızı qeyd edin ki, bu barədə daha çox məlumat ala bilsinlər.
2. Qadınlara aid ən sevdiyiniz biznes növünü dəyərləndirmə edin.
Google, yaxud Facebook-da onların biznesi üçün müsbət bir dəyərləndirmə edin və bütün səbəbləri qeyd edin ki, niyə digərləri də bu biznesə dəstək olmalıdır. 5 ulduzlu dəyərləndirmə etməyinizin səbəblərini əsaslandırın. Bu dəyərləndirmənizi oxuyan alıcıda daha dəqiq fikir formalaşdıra bilər.
3. Yeni bir işə başlayan və ya iş axtaran bir qadına məsləhət verin.
Biznesə başlamaları və uğur qazanmaları üçün digər qadınlara köməkçi ola bilərsiniz. Biznesi olan qadınlara məsləhət verməklə, yol göstərməklə onlara dəstək olun, həmçinin markalarını genişləndirib səviyyələrini yüksəltmələrinə də.
4. Sahibkar qadınları bir məkanda toplayın.
İstər virtual bir platformada bir görüş olsun, istərsə də bir məkanda iclas təşkil edin. Əlaqə, əməkdaşlıq, dəstək məqsədilə biznes qurmaqda istəkli olan qadınları bir araya gətirə bilərsiniz.
5. Qadınlara məxsus markalardan alış-veriş edin.
Qadın sahibkarlardan və kiçik biznesə sahib qadınlardan özünüz üçün alış-veriş edə bilərsiniz. Qadınlara kömək etmək və onlara dəstək olmaq üçün alış-veriş etmək başqalarına da bunu etməyə sövq edəcəkdir.
6. Öz biznesinizi qurun.
Bu qədər biliklərə və təcrübəyə sahib şəxs olaraq biznesinizi qurmaq ən doğru addım olacaq.