[email protected] World Language Center (Səid Rüstəmov 17)
Sahibkarların izləməli olduğu 5 film

Sahibkarların izləməli olduğu 5 film

Sahibkarların əsas xüsusiyyətlərindən biri də daima inkişaf etməyə meylli olmalarıdır. İstər yeni məlumatlar olsun, istərsə də motivasiyanızı yüksəkdə saxlamağınızı üçün sizə sahibkarların izləməli olduğu 5 sənədli filmi təqdir edirik.

Steve Jobs: One Last Thing (2011)

Tarixin ən uğurlu şəxslərdən biri olan Steve Jobs’a hamı kimi siz də pərəstiş edir, ondan örnək götürməyə çalışırsınız. Bu sənədli film də S. Jobs’un karyerasının başlanğıcından bəri həyat hekayəsini izləyicilərə təqdim edir. Film həm Steve Jobs’un çalışma, ünsiyyət qurmaq kimi xüsusiyyətlərinə, həm də istedadı və tərziylə bütün dünyanı necə dəyişdirdiyini bizə maraqlı şəkildə izah edir.

Generation Startup (2016)

Film Detroit’də start up’ları üzərində çalışan 6 yeni üniversitet məzunun yaşadıqları barəsindədir. Generation Startup 17 ay ərzində qarşılaşdıqları uğuursuzluqları və əldə etdikləri uğurları detallı şəkildə göstərir.

Becoming Warren Buffett (2017)

60 milyard dollarlıq sərvətə sahib olan dünyanın ən zəngin insanlarından biri olan Warren Buffett’ın qeyri-adi həyatına fərqli bir baxış bucağından baxır. 89 yaşında olmağına baxmayaraq hər səhər ofisinə gedən Warren Buffett təcrübələrini film vasitəsilə izləyicilərlə bölüşür.

Freakonomics (2010)

Stephen Levitt və Stephen Dubner’ın ən çox satan kitabından ilhamlanan sənədli film günlük həyatımızdakı iqtisadi davranışımızı izah etmək üçün elmdən istifadə edir. Sənədli filmin digərlərindən fərqi isə dərin təhlil apararkən yumordan da geri qalmır.

Burt’s Buzz (2013)

Bu sənədli film Buzz’ın hekayəsini bizə təqdim edir. Burt Shavitz’in quruluşdan satışa qədər olan həyat yolunda yaşadıqlarını detallı şəkildə izləyicilərə çatdırır.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!