Sizə motivasiya verəcək 5 film!
1. My left foot
Film əlil Kristi Braunun naliyyətlərinə əsaslanır. Özünə yazığı gəlməyən, dəhşətli xəstəliyinə görə taleyi qınamayan və özünü cəmiyyətdən təcrid etməyən və bundan xəcalət çəkməyən bir insan haqqında hekayədir. O əksinə, zəhməti və iradəsi ilə əsl hörmətə nail olmuş, ailəsinin və ən əsası onunla fəxr edən həyatındakı əsas baş qəhrəmanın - Anasının dayağına çevrilmişdir. Braunun serebral iflinicin qurbanı olması ətrafdakılarım onu hər zaman qüsurlu biri kimi görməklərinə səbəb olub. Lakin anasının və ailəsinin sevgisi, şəxsi cəsarəti və əzmkarlığı ilə sol ayaq barmaqları ilə çəkməyi və yazmağı öyrənmişdir. Christy Brown xoşbəxtliyi tapmağı və əsl sənətkar olmağı bacardı. Filmdə unudulması çətin olan emosional səhnələr çoxdur.
2. The Social Network
Film Facebookun yaranma hekayəsindən bəhs edir. Mark Zukerberq sərxoş halda Harvard Universitetinin sisteminə sızır. O, sevgilisi tərəfindən tərk edilir və bunun əvəzində kollecdəkı bütün qızların məlumatının olduğu bir proqram bazasında birləşdirmək istəyir. Onun yaratdığı proqramda ekranın hər iki tərəfində qızların şəkillərinə səs verməklə hansının daha gözəl olduğunu seçmək mümkün idi. Mark səhifəni Facemash adlandırır. Saytın uğuru sürətlə yayılır, lakin Markın qadınlara nifrət etməsi və şəxsi həyatına dair qaydaları bu şəkildə pozması Harvard Universitetinin diqqətini çəkir. Bu hal, saytın Facebook-a çevrilməsinə gətirib çıxarır. Əvvəlcə yalnız Harvardda istifadə edilən Facebook daha sonra digər universitetlərdə açılır və bütün dünyaya yayılmağa başlayır. Sosial media dedikdə, bu gün ağıla gələn ilk tətbiqlərdən biri olan Facebook-un arxasında duran faktlar, onun yaranma hekayəsi və günümüzdə dünyaya təqdim etdiyi müsbət - mənfi cəhətləri Mark Zukerberqin hekayəsi əsasında çəkilmiş və bütün bunlardan bəhs edən bir filmdir. Start-up, proektlər, yeni fikirlər yaratmaq istəyən gənclərin bu filmi izləməsi məsləhətdir.
3. Joy
Hələ kiçik yaşlarında bütün saflığı və təxəyyülü ilə gələcəyini xəyal edən, əlindəki imkanlarla ixtiralar etməyə çalışan Joy'un hekayəsini ona hər zaman dəstək olan, ona rəhbərlik etmək üçün doğulduğunu deyən nənəsi Mimidən dinləyirik. Lakin o bir çoxumuz kimi, həyatın tələskənliyinə qapılaraq xəyallarını alt-üst edir. Onun iki il əvvəl boşandığı, lakin hələ də evinin zirzəmisində yaşayan Tonidən iki övladı var. Eyni xamanda romantik kinoların qarşısından qalxa bilməyən anası ilə birlikdə yaşayır. Atası sevgilisi tərəfindən qapıya gətirildikdən sonra o, heç vaxt anlaşa bilmədiyi Toni ilə eyni zirzəmini və həmişə mübahisə etdiyi anası ilə eyni evi paylaşmağa balşayır. Bunun üzərinə işlərinin də pis getməsi, cibində heç pulu qalmamışkən evinin tökülməyə başlaması, həmişə ayaqda dik duran Joy'da bir qırğınlıq yaradır. Yuxusunda 17 il əvvəlki gözləri nurlu uşaqlığı ilə qarşılaşan Joy döşəmələri silərkən kəsilən əlinin ağrısı , əsəbi ilə qızının karandaşlarını götürür və ixtirasını kağıza köçürərək geri dönüşü olmayan bir sahibkarlıq yoluna addım atır. Filmdə Joy'un yuxusundan aldığı motivasiya ilə həyatının necə dəyişdiyini izləyirik.
4. The Pursuit of Happiness
Baş qəhrəman Kris oğluna filmin əvvəlində "Xoşbəxt olmaq fel deyil" deyir. Ama filmin sonunda xoşbəxtliyin davamlı olduğunu anlayaraq bu fikrini təkzib etməli olur. Bəşəriyyətin 99%-i kimi, qaradərili bir satıcıya görə xoşbəxt olmaq, ailəni dolandırmaq üçün kifayət qədər pul qazanmaq deməkdir. Bu məqsədə gedən yolda o, daim axına qarşı hərəkət etməli və əyilməz iradə nümayiş etdirməli olacaq. Bütün pulunu heç bir klinikanın almadığı rentgen aparatlarına yatırmış şanssız Krisi kreditorlar çıxarır, parklanma pulunu ödəmədiyinə görə həbs olunur, həyat yoldaşı onu tərk edir, evindən qovulur. Kris bomjlarla yatır eyni zamanda işə 20 nəfərdən yalnız birini götürəcəklərini bildiyi halda təcrübəçi kimi işləyir. Bütün bu çətinliklərə baxmayaraq Kris oğlunu sevgi və qayğıyla böyütməyə davam edər və oğlunun ona olan sevgisindən qarşısına çıxan çətinliklərə tab gətirə bilmək üçün dəstək alar.
5. The founder
Mc Donaldas'ın yaranma hekayəsini göstərir. Ticarət dünyasında hakim olaraq krallığını elan etmiş kapitalizmi ifadə etmək üçün nümunə olaraq "The Founder" filmini çox rahatlıqla göstərmək olar. Öz tapmış olduqları "sürətli xidmət" ixtiraları vasitəsilə saniyələr içində sürətli hamburger hazırlaya bilən iki məhsuldar və ağıllı qardaşın Ray Kroc adlı sahibkarla tanış olma hekayəsindən bəhs edən filmdir. Bu filmə "Cənnətdən düşən qəpik" ilə yola çıxıb əzmlə və inadçılıqla yollarına davam edən, lazım gəldikdə böyük risklər almasını bilən orta yaşı keçmiş bir adamın "Amerika yuxusu" da demək mümkündür. Öz işini qurmaq istəyənlərin izləməli olduğu filmlərdəndir.