[email protected] World Language Center (Səid Rüstəmov 17)
Sizi uşaqlığınıza aparacaq cizgi filmlər

Sizi uşaqlığınıza aparacaq cizgi filmlər

Zaman keçib gedir, bizlər böyüyürük. Keçmiş xatirələr çoxalır. Hər keçən gün uşaqlığımızdan daha da uzaqlaşırıq. Geriyə dönüb baxanda üzümüzdə saf bir gülümsəmə yaranır. Diyəsən ən gözəl illərimizin uşaqlıq illərimiz olduğunu düşünürük. Bütün dərddən qəmdən uzaq, heçbir məsuliyyət daşımadan, kiçik şeylərlə xoşbəxt olaraq keçən illərimiz. Tək dərdimiz analarımızdan həyətdə uşaqlarla oynamaq üçün icazə istəmək, cizgi filmlər çıxan kimi ekrana doğru qaçmaq idi. O vaxtlar təbii ki, smartfonlar hələ inkişaf etməmişdi. Günün müəyyən saatların həyəcanla gözləyərdik ki, sevimli cizgi filmlərimiz başlasın və biz xoş zaman keçirək. Elə bu postumuzda sizinlə uşaqlığımızın sevimli cizgi filmlərin paylaşacayıq.

 

1. Tom və Jerry

 

 

Bu filmi izləməyən uşaq yoxdur. Bizlər, bizdən əvvəlki nəsillər və indiki uşaqlar. Hələ də ən çox izlənən filmlərdən biridir. İlk Tom və Jerry animasiyası 1940-da çıxmışdır. Ev pişiyi olan Tom ilə evdəki siçan Jerry`nin macəralarından bəhs edilir.

 

2. Daş Dövrü

 

 

Barni, Vilma, Beti, Bambam və əlbəttə ki, Fred. Cizgi filmdə 2 ailənin Daş Dövründə yaşadıqlarından bəhs edilir. Çakmaktaş və Moloztaş ailələri..

 

3. Casper

 

 

Hər zaman yaxşılıq edən, insanlar və heyvanlara kömək edən sevimli kabusumuz Casper, kabuslara qarşı olan qorxumuzu alıb apardı.

 

4. Winnie The Pooh

 

 

Walt Disney`in ən məşhur cizgi filmlərindən biri də Winnie The Pooh`dur. Meşədə yaşayan ayı Winny, pələng Tigger, qorxaq Piglet və.s. Onların macəraları həyatımızın bir parçası olmuşdurlar.

 

5. Nindza Tısbağalar

 

 

Senseyləri usta Splinter tərəfindən nindzalığı öyrənmiş Leonardo, Raphael, Michelangelo və Donatello 4 tısbağa dostumuz… O vaxtlar onların döyüşlərini maraqla izləyərdik.

 

6. Scooby-Doo

 

 

4 dost və Scooby-Doo adındakı itin sirli hadisələri araşdırmaq üçün ortaya atıldıqları anları izlədik illərcə.Scooby-Doo hamımızın sevimlisi oldu. Freddie, Daphne, Velma, Shaggy və Scooby. Adlarını çəkərkən belə duygulanmamaq əldə deyil.

 

7.  Ben 10

 

 

Daha çox oğlanların sevimlisi olan Ben 10 cizgi filmini qızların da izlədiyinə əminəm. Cartoon Network`un ən uzun müddət davam edən cizgi filmidir. İlk olarak 2005 ilində TV`də yayınlanmışdır.

 

8. Foster`in Xəyali Dostlar Evi

 

 

Baş obraz Mac və onun xəyali dostu Bloo. Mac öz xəyal dünyasında öz xəyali dostunu ən incə detayına qədər yaradır və hadisələr belə cərəyan edir.

 

9. Powerpuff Girls

 

 

Şəkər, baharat və yaxşı olan hərşey! Bu cümləni eşidən də yəqin ki, ağlınıza Powerpuff Girls gəlir. Yenə bir Cartoon Network klassikası. Cizgi filmin mövzusu 3 qızın alim olan ataları tərəfindən labaratoriyada yaradılmaları və onlar ətrafında gerçəkləşən hadisələrlə bağlıdır.

 

10. SpongeBob

 

 

Cizgi film suyun altında yaşayan SpongeBob və onun dostlarının ətrafında cərəyan edir. Postmodern dünyanın insan hallarına kəskin baxışı və incə yumoru ilə ən sevilən cizgi filmlərdəndir.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!