Sosial media marketinqi günümüzün və gələcəyin ən təsirli reklam modellərindən biridir. Ona görə də dünyanın tanınmış brendləri bu tip reklamlara üstünlük verirlər. Brendlərin bu marketinq üsuluna üstünlük verməsinin ən əhəmiyyətli səbəblərindən biri: Ənənəvi marketinqdə hədəf auditoriyaya tam çatmaq mümkün deyil və ya daha çox xərc tələb edir. Lakin , sosial media marketinqi daha az büdcə ilə düzgün hədəf auditoriyaya və daha çox insana çatmağa imkan verir. Digər mühüm səbəb; ikitərəfli qarşılıqlı əlaqə təmin edilir və bu, qısa müddətdə baş verir. Məsələn, bir məhsul və ya xidmətlə bağlı xoşagəlməz vəziyyət yaranıb. İstehlakçının şikayəti brendin sosial media hesabları vasitəsilə çatdırması və brendin bu şikayəti qısa müddətdə həll etməsi hər iki tərəf üçün həm rahatlıq həm də vaxta qənaət təmin edir. Qısacası minimum reklam xərcləri, maksimum tanınma bu reklam növünün əsas xüsusiyyətlərindəndir.
SMM (Sosial Media Marketinqi) sosial şəbəkələrdən müştərilər qazanmaq və satış etmək üçün bir vasitədir. Günümüzdə sosial media təkcə pişiklər və like'lər deyil, həm də real satışdır.
Marketing Sherpa-nın statistikasına görə, 18-34 yaş arası insanların 95%-i brendləri sosial media vasitəsilə izləyir. SMM mütəxəssislərinə tələbatın artmasının əsas səbəbi də budur. Demək olar bütün şirkətlərin sosial media hesabları var.
Son illərdə sosial şəbəkələrdən istifadə edənlərin sayının televiziya kanalları qarşısında oturanlardan qat-qat artdığını, televiziya, qəzet və jurnallarda olan reklamların kəskin şəkildə azaldığı hər kəsə məlumdur. SMM vasitəsi olaraq istifadə edilə bilən sosial şəbəkələr bunlardır: Facebook, Twitter,Google+, LinkedIn, İnstagram, Tik-tok, YouTube
SMM çox böyük və əhatəli sahədir və SMM xidməti alarkən nəyə fikir verməliyik?
Hansı saatlarda paylaşımlar olmalıdır? Hədəf kütləsi kimlərdir? SMM menecer nələri bilməlidir? Və.s kimi sualları əhatə edir