Uşaqlarla birgə böyüyən ayaqqabı.
Bu rəqəmlər qəribədir, çünki dünya 1.5 milyard insan torpaq təması nəticəsində yaranan xəstəlikdən əziyyət çəkir. Ən çox əziyyəti çəkən isə yoxsulluqla mübarizə aparan Afrikadır. Ayaqyalın gəzmək uşaqlar üçün daha çətin olur, çünki torpaqla təmas müxtəlif xəstəliklərə səbəb olur, bəzən bu, ölümlə də nəticələnə bilir. Böyüyən ayaqqabı ideyası isə Kenton Lee’yə aiddir. O Keniyada bir uşaq evində çalışarkən uşaqları ayaqyalın, yaxud da ayaqlarına uyğun olmayan, yararsız ayaqqabılarla gəzdiyini görür. Bu səbəbdən uşaqların bəziləri məktəbə belə gedə bilmir. Lee buna bir çarə tapmaq qərarına gəlir. Uşaqların tez böyüdüyünü nəzərə alan Lee’nin ağlına elə bu ideya gəlir: Böyüyən ayaqqabı! Bu ayaqqabıların əsas xüsusiyyəti odur ki, ayaqqabılar 2 modeldədir. Kiçik ölçülü ayaqqabı 4-8 yaşlı uşaqların, böyük ölçülü ayaqqabı isə 8-12 yaşlı uşaqların davamlı şəkildə geyinə bilməsi üçün dizayn edilib. Beləcə, uşaqlar bir ayaqqabını 4-5 ilə qədər geyinə bilər.
Bu layihənin uğurlu olmasında əsas səbəb müxtəlif ölkələrdən edilən ianələr olur. Toplanılan məbləğlərlə yüz minlərlə uşaq ayaqqabı ilə təmin olunur. Bu layihəyə o qədər uğurlu olur ki, 97 ölkədə 140 min cüt ayaqqabı uşaqlara çatdırılır. Bununla yanaşı dünyanın bir çox ölkəsindən ailələr bu ayaqqabını əldə etmək üçün müraciət edir.
Kenton Lee: “Uşaqlar yeni və gözəl ayaqqabıları geyinərkən daha özünə inamlı olurlar. Bunun şahidi olmaq da həmçinin möhtəşəm bir hissdir”.
Bu ideya bizim cəmiyyətdə də hər zaman olub: "Bir razmer böyük al, gələn il də geyinərsən." Ətrafımızda o qədər ideyalar uçuşur ki. Hansını seçmək istərdin? Başlamaq üçün gözləməyin, gedin.