[email protected] World Language Center (Səid Rüstəmov 17)
T"OXU"M çap olundu!

T"OXU"M çap olundu!

Son zamanlar adımızı çox eşitmiş ola bilərsən. Əgər indi bu yazını oxuyursansa, demək sən də bizimlə tanışsan. 

Toxum.org 3 ildir fəaliyyət göstərən kraudfandinq platformasıdır. Əsas fəaliyyət istiqaməti sosial və sosial sahibkarlıq layihələrinin maliyyələşməsinə fürsət yaratmaq və onların inkişafına dəstək verməkdir. 

Kraudfandinq bir layihənin reallaşması üçün lazım olan vəsaitin insanlardan könüllü şəkildə toplanması metodudur.

Bu mürəkkəb görünən proses əslində bir-biri ilə bağlı olan bir neçə sadə prosesin nəticəsidir.

Ötən ay platformanın fəaliyyət istiqamətinə uyğun olmaqla yanaşı, hər kəs üçün arzusuna gedən yolda bələdçi olsun deyə komanda kitab çap etdirmək üçün hərəkətə keçdi.

Təbii ki, məqsədə sadiq qalaraq seçilən üsul kraudfandinq oldu. 1 aylıq müddəti əhatə edən kampaniya başladı. Gəlin detallara birgə nəzər salaq.

İlk olaraq, plan hazırlandı. Nəyi, nə vaxt, necə edəcəyimizi müəyyənləşdirdik. (planlama üçün effektiv proqram: http://trello.com)

Hədəf təyin etdik və məcaraya başladıq.

Bu müddət ərzində kitabı çap edəcək nəşriyyatı, korreksiyası və redaksiyası ilə məşğul olan şəxsləri, hədiyyələri, 1 ay boyunca paylaşılacaq post və məlumatları, həvəsləndirici mailləri, çantaların dizaynını, onu hazırlayan şirkəti, açıqcaların dizaynını, kitab üçün əlfəcini, təqdimat videosunu, məlumat paylaşacaq şəxs və saytları, kitabın çatdırılması üsullarını , kitab satılacaq mağazaları, kampaniyanın social tərəflərini, sponsorları və digər bir çox xırda şeyi hazırlandı.

Əslində, Toxum komandası olaraq sadəcə layihə sahiblərinə verdiyimiz məlumatları özümüz tətbiq etdik. Və gördük ki, həqiqətən doğru yoldan gedəndə uğura nail olmaq qaçılmaz olur. (digər məlumatlar üçün: https://toxum.org/blogs)

Ərsəyə gətirdiyimiz kitabın hər sətri bizə əziz, bizim üçün doğmadı. O kitabı oxuyanlar bu dəfə fərqli səyahətə çıxırlar. Arzularını işıqlandırmaq üçün onlara lazım olan hər şey bu kitabda yazılıb. Geriyə sadəcə tətbiq etmək qalır.

Kitabın müəllifləri;

Sara Rəcəbli - Global winner 2020-nin qalibi, sosial sahibkar, Buta Art&Sweets-in qurucusu.

Coşqun Kərimov - Kvan, Ubuntu, Alamo13, Lamartin və Ongaku kitablarının yazarı.

Kamran Cəbrayılov - PMP sertifikatlı layihə meneceri, SOCAR KBR-də aparıcı planlama mühəndisi, Tudors Azərbaycanın həmtəsisçisi.

Toğrul Vəliyev - Toxum.org platformasının həmtəsisçisi, iqtisadçı.

Onlar bizə layihə idarə etməsini, kraudfandinq həyata keçirməyi, sosial sahibkarlığı və məsələnin iqtisadi tərəfini ən sadə dildə açıqlayırlar. Onların əməyi əvəzsizdi. 

Və təbii ki, dəstəkçilər! Nəhəng ürəyə sahib həmin insanlar!

İmkanı zəif birinə xeyriyyə yardımı etmək asandı. Bəs birinin arzusuna gedən yolda ona dəstək olmaq? Bu əsl birlikdi.

Bu gün dünyada  2902 kraudfandinq platforması mövcuddur. Və onların hər biri eyni işi görür; İnsanlar öz arzularını reallaşdırmaq üçün ortaq maraqlara sahib olduğu digər insanlardan dəstək toplayır. Bunu heç bir təmas olmadan, onlayn formada edirlər.

 Burada sizə lazım olan tək şey doğru bələdçidi, hansı ki, qeyd edilən linkdən onu sifariş edə biləcəksiniz. (Link: https://forms.gle/Kxtba38HKxNAWd4ZA )

Kitab çapı üçün başlatdığımız kampaniyanın sosial tərəfi üçün Simurq Təhsil Fondu ilə əməkdaşlıq etdik. Fond şəhid və qazi övladlarının təhsil alması və maarifləndirilməsi üçün yaradılıb.

Kitabı ön sifariş edən şəxslərin ödədiyi məbləğdən asılı olaraq bu fonda da kitab bağışlayacaqdıq.

Təsəvvür edin, özünüzə kitab alanda bir kitab da ölkənin başqa  bir yerində, başqa birinə hədiyyə edilir. Əvəzsiz duyğudu. Bu duyğunu yaşayan hər kəsə təşəkkür edirik.

Platformada 1500 manat toplamaq hədəfi ilə başlatdığımız kampaniyanı 2673 manat toplamaqla yekunlaşdırdıq. 

Siz də öz layihənizə həyat verə bilərsiniz. Hərəkətə keçin. Platformamıza layihənizi yerləşdirməklə işə başlayın.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!