[email protected] World Language Center (Səid Rüstəmov 17)
Telegramın qurucusu - Pavel Durov

Telegramın qurucusu - Pavel Durov

Rusiyanın Mark Zuckerbeg’i kimi tanınan Pavel Durov, həmçinin Facebook kimi sosial media platforması olan VKontakte-nin də qurucusudur.

Bugünlərdə adını tez-tez eşitdiyimiz Pavel Durovun uğur hekayəsini, gəlin birlikdə kəşf edək.

Pavel Durov 10 oktyabr 1984-cü ildə Sankt-Peterburqda anadan olub. Atasının işlərilə əlaqədar olaraq bir müddət İtaliyada yaşamalı olub və ilk təhsilinə burada başlayıb. Rusiyaya qayıtdıqdan sonra təhsilinə  burada davam edib, 2002-ci ildə isə Peterburq Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub. Durovun uğur qazanması da bu dövrdən başlayır. Universitet dostları arasında həm ağıllı olmağı, həm də liderlik qabiliyyətilə seçilirdi. Belə ki, Durov VKontakte-ni qardaşı Nikolay ilə birgə yaratmışdı.

VKontakte

Rusiyanın Facebook’u olaraq adlandırılan VKontakte 2006-cı ildə yaradılır. Bu vaxt Pavelin 22 yaşı vardı. VK pulsuz bir sayt olaraq qurulmuşdu, saytda reklam yerləşdirilmirdi.  İstifadəçi sayısı VK qurucu komandasının müxtəlif reklam və marketinq üsullarıyla artmağa başlamışdı. Cəmi 3 ay sonra VK rus internet dünyasının gələcəyi ən parlaq 50 veb saytından biri olaraq qəbul edildi. 2008-ci ildə VK-nin ilk sərmayəçiləri ilə anlaşılmazlıq yaşayan Durov Vkontakte’nin hissələrini satıb Rusiyanı tərk etmişdi. Durov bəzi VKontakte işçiləri ilə gizli şəkildə Nyu-Yorka getmiş və orada bir şirkət qurmuşdu. Vkontakte’nin ilk sərmayəçilərinin kim olduğu ilə bağlı dəqiq bir məlumat olmasa da, saytı Mail.ru-nun aldığı məlumdur.

Telegram

Durovun Amerikadakı gizli layihəsi isə Telegram idi. Durov Telegramı öz imkanları daxilində Vkontakte’dən əldə etdiyi gəlirlə qurmuşdu. Durov ilk vaxtlar Telegram’ı ayaqda tuta bilməkçün 1 milyon dollar pulu öz cibində xərclədiyini bildirir. Mesajların təhlükəsizliyi digər mesajlaşma proqramlarına görə daha yüksək olan Telegram’ı Rusiya dövləti bir neçə cəhdlə bloklamağa çalışsa da, Telegram mesajların şifrəsini verməyi rədd etmişdi. Bu şifrələr verilsə belə, mesajları oxumaq mümkünsüz olacaqdı. Bu səbəbdən Rusiya Durov və Telegrama qarşı qaralama kampaniyasına başlayır. Telegram Rusiyada bloklansa da, istifadəçilər VPN vasitəsilə bu proqramdan istifadə edə bilir.

Pavel Durov müxtəlif açıqlamaları ilə bizə uğur əldə etməyin yollarını qismən izah edir:

Bizi xoşbəxt edən və sevdiyimiz işlərdə professional olmağa çalışmalıyıq

Hər günümüzü faydalı şəkildə keçirməli, ailə və dostlarımızla vaxt keçirmək, kinoteatr, gəzinti, xeyirxahlıq və s. ilə məşğul olmalıyıq.

Nə ve necə yazmağımızdan asılı olmadan gündəlik yazmalıyıq.

Dəqiq hədəflər müəyyənləşdirməliyik. Bu hədəfləri göz qabağında bir yerdə qeyd edin. Fikir və hədəfləriniz dəqiq, ölçülə bilən və zaman limitli olmalıdır. Özünüzçün bir son tarix müəyyən edib bu tarixə qədər istədiyiniz addımları atmalısınız.

Sahib ola biləcəyimiz ən dəyərli şey zamandır. Buna görə də ardıcıl qərarlar vermək, bu qərarları dərhal hərəkətə gətirməyə çalışmalıyıq. Ertələmək və kənara qoymaq vərdişlərimizdən xilas olmağın yollarını mütləq tapmalıyıq.

Xarici dil öyrənməyə çalışın. Bununla siz daha çox fürsətlərdən yararlana biləcəksiniz.

Şəxsi inkişafla, həmçinin öz işinizlə bağlı kitablar oxuyun, oxumaq həvəsində olmadığınız halda səsli kitabları dinləyin.

Sağlam həyat tərzi sürün. Vegeterian olmaq, yaxud spirtli içkilərdən uzaq durmaq sizə uğurlu olmağın qarantiyasını verməsə də, öz sərhədlərinizi bilməyiniz sizə uğur gətirə bilər.

Az televiziyaya baxıb, internetdə məqsədsiz şəkildə gəzmək və oyun oynamaqdan uzaq qalmalısınız.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!