Jan Koum'un 10 milyarda yaxın sərvəti var. O, 5 milyard insan tərəfindən istifadə edilən WhatsApp'ı yaratmaqla dünyada ən çox yüklənən proqramın qurucusuna çevrilmişdi. Bəs Koum bu sərvətə necə sahib oldu?
Koum WhatsApp'dan əvvəl bu qədər sərvətə sahib deyildi. 1976-cı ildə Ukraynada doğulan Koum evində su axmayan bir yerdə yaşayırdı. Koum 16 yaşında olarkən anası ilə birgə ABŞ-a köçmüşdülər. Burada onlar çətinliklə qazanc əldə etsələr də, Koum öz təhsilini davam etdirirdi. O, evinin yaxınlığındakı kitab evindən kitabları müvəqqəti oxumaq üçün götürüb kompyuter haqqında məlumatlar oxuyurdu. Daha sonra həmin kitabları geri gətirib kitab evinə qaytarırdı.
Jan Koum'un uğur hekayəsi bizə danışır:
1. Başlamaq üçün gec deyil
İstər texnologiya sahəsində bir ideyanız olsun, istər başqa bir sahə, başlamaq üçün heç vaxt gec deyil. Yaşlılıq - həm də yaşanmış təcrübələrdir.
2. Səbrsizlik - uğursuzluqdur
Koum bir çox çətin vaxtlar keçirmişdi. Lakin buna baxmayaraq səbrlə və çalışqanlığı ilə məqsədinə çatmağa nail olur.
3. WhatsApp'ın uğuru bizə dərs keçir:
Sizdə olmayan xüsusiyyətlərə sahib şəxslərlə çalışmaq mühimdir. Birgə çalışdığınız şəxslərin sizdə olmayan bacarıqlara sahib olmalı, eyni şəkildə də, onlarda olmayan bacarıqlar sizdə olmalıdır.