Dünyada hələ "olmayan"ı axtarın
SpaceX-dən əvvəl insanların kosmosla bağlı marağı kifayət qədər deyildi. Lakin artıq çox şey dəyişmək üzrədir. Bəs gələcəkdə dəyişikliyə təkan yaradacaq nələr var? Ən əsası - həyatınızı asanlaşdıra bilən, amma hələ mövcud olmayan nədir?
Qeydlər edin
Nə qədər güclü yaddaşınız olsa da, ağlınıza gələn bir anlıq ideyanı xatırlamaqda çətinlik çəkə bilərsiniz. Başqaları ilə olan söhbətlərinizi, təsadüfi yaranan müşahidələrinizi və ən vacibi – duş alarkən yaranan fikirlərinizi qeyd etməyiniz vacibdir. Xəyal qurmağın dəyəri vardır. Einstein bu prosesi "düşüncə eksperimenti" adlandırır.
Bir prototip qurun
Düşüncələrin çoxu bəlkə reallaşmayacaq. Lakin reallaşa bilmə ehtimalı hər zaman var. Bu, hazırladığınız prototipdir. Sizin bir ideyanız varsa, bu ideya ya fikirdə, ya prototip halında, yaxud da tamamlanmış ola bilər. Bir layihənin zəif və üstün cəhətləri, necə həyata keçiriləcəyi ilə bağlı dəyərləndirmə - bütün bunlarla layihənin prototipini hazırlamış olursunuz. Bir sözlə, bu layihəni reallaşdırmağa çalışın.
100 nəfərin fikrini al
Artıq öz komfort zonanızdan çıxıb, prototipiniz haqqında fikirlər verə biləcək insanları tapa bilərsiniz. Bu insanlar həm tanış, həm də tanımadığınız kəslər ola bilər. Nə qədər çox tənqidə məruz qalsanız, bir o qədər layihənizlə bağlı fikirləriniz, ideyalarınız təkmilləşəcək.
Yeni bir şirkət yaratmadan əvvəl ilk olaraq bunları nəzərə alın:
Bu layihəyə başlamaq üçün erkəndir? Bəlkə hələ zamanı deyil?
Başlamaq üçün doğru zamandır? O zaman gözləməyin!