[email protected] World Language Center (Səid Rüstəmov 17)

Çapar İnklüziv Terapiya Mərkəzinin xeyriyyə məqsədli açıq qapı günləri.

Əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılması məqsədilə.
0 azn Toplandı
Hədəf 2500 azn
  • 0 Dəstəkçi

  • Vaxt bitib!

  • 02 May 2023 - Bitmə tarixi

Hamısı və ya heç nə. Maliyyələşmənin alınması üçün layihə öz məqsədinə nail olmalıdır. Məqsədlərinə çatmayan layihələrin dəstəkləri dəstəkçilərə geri qaytarılır.
Avatar

Proyekt Sahibi

Yaqut Abdullayeva

Azərbaycan,Bakı

Mükafatlar

reward image
20 azn
Təşəkkür məktubu
20 AZN dəyərində yardım edən şəxslərə tərəfimizdən təşəkkür məktubu göndəriləcəkdir.
0 ədəd alındı (Toplam : 50)
50 azn
Tədbirdə iştirak
50 AZN məbləğində ianə edənlərə 6-7 may tarixlərində baş tutacaq tədbirimizə ödənişsiz qatılma şansı
0 ədəd alındı (Toplam : 10)
reward image
100 azn
Hippoterapiya/at sürmək
100 AZN məbləğində yardım edən şəxslərə bizdən 1 dəfə olmaqla ödənişsiz hippoterapiya seansı və yaxud da at sürmək hədiyyə olunacaqdır.
0 ədəd alındı (Toplam : 4)
300 azn
Təşəkkürnamə/Sertifikat
300 AZN dəyərində ianə edən şəxslərə sosial bir layihəyə yardım etdiklərinə dair təşəkkürnamə/ sertifikatlar təqdim ediləcəkdir.
0 ədəd alındı (Toplam : 2)

“Yarlan profilaktika və bərpa” MMC-nin nəzdində yenicə fəaliyyətə başlamış “Çapar İnklüziv Terapiya Mərkəzi” həssas əhali kateqoriyasından olan şəxslərə (əlilliyi olan, valideyn himayəsindən məhrum edilmiş, aztəminatlı ailələrin üzvi olan, həmçinin də, şəhid, qazi ailə üzvləri olan şəxslər) xidmət göstərir. Belə ki, həmin şəxslərin sosial rifahının yaxşılaşdırılması, cəmiyyətə inteqrasiya olunması eləcədə, gələcəkdə idman, mədəniyyət, incəsənət və d. peşə sahələrinə yiyələnmələri üçün lazımi psixoloji və fiziki cəhətdən müsbət təsiri olan hippoterapiya seansları keçirilir. 

Həmçinin, nəzərinizə çatdırmaq istərdik ki, "Çapar İnklüziv Terapiya Mərkəz"i olaraq, Bakı şəhəri "Cıdır" atçılıq mərkəzində cari ilin may ayın 6-sı və 7-sində Ramazan Bayramı ilə əlaqədar olaraq xeyriyyə məqsədli açıq qapı günləri keçirməyi qərara almışıq.Tədbir proqramında uşaqlar üçün atlarla gəzinti, ustad dərsləri, müxtəlif oyunlar və d. əyləncələrlə yanaşı, əlilliyi olan şəxslərin sərgi-satış yarmarkasını təşkil edərək onların qazanc əldə etməsinə şərait yaratmaq planlaşdırılır. Nəzərdə tutulanları həyata keçirtmək üçün toxum.org vasitəsilə xeyriyyəçi şəxslərdən ianə etmələrini xahiş edirik.

Linklər

İdeyanıza bizimlə həyat verin!