[email protected] World Language Center (Səid Rüstəmov 17)

Topoqraf / Data vizualizasiya portalı

"Topoqraf" təşəbbüs qruplarını obyektiv datalarla təmin etmək və əhalinin data manipulyasiyasına mane olmaq məqsədli dataların vizualizasiyasını həyata keçirir
806 azn Toplandı
Hədəf 2100 azn
  • 65 Dəstəkçi

  • Vaxt bitib!

  • 30 Dekabr 2022 - Bitmə tarixi

Hamısı və ya heç nə. Maliyyələşmənin alınması üçün layihə öz məqsədinə nail olmalıdır. Məqsədlərinə çatmayan layihələrin dəstəkləri dəstəkçilərə geri qaytarılır.
Avatar

Proyekt Sahibi

Rüfət Bağırov

Azərbaycan,Bakı

Mükafatlar

reward image
5 azn
Bürünc paket
"Bürünc paket"i əldə etməklə siz "Topoqraf" komandasından xüsusi dizaynlı stikerlər və xatirə təşəkkür kartı qazanacaqsınız.
26 ədəd alındı (Toplam : 100)
reward image
15 azn
Gümüş paket
"Gümüş paket"i əldə etməklə siz "Topoqraf"dan xüsusi dizaynlı stikerlər, xatirə təşəkkür kartı əldə edəcək, eyni zamanda istifadəyə veriləcək vebsaytımızda ilk dəstəkçilərimizdən biri kimi adınızı həkk etmək imkanı qazanacaqsınız.
7 ədəd alındı (Toplam : 50)
reward image
25 azn
Qızıl paket
"Qızıl paket" əldə etməklə siz "Topoqraf"dan xüsusi dizaynlı stikerlər, xatirə təşəkkür kartı və qeyd dəftərçəsi (bloknot) qazanmaq və istifadəyə veriləcək vebsaytımıza adınızı qeyd etmək fürsəti əldə edəcəksiniz!
3 ədəd alındı (Toplam : 20)
reward image
50 azn
Premium paket
"Premium paket" limitli sayda nəzərdə tutulan əsl premium seçimdir! Bu paketi əldə etməklə siz həm stikerlər, həm xatirə təşəkkür kartı və qeyd dəftərçəsi (bloknot) qazanacaq, "Topoqraf" vebsaytında adınızı qeyd etmək imkanı əldə edəcəksiniz. Ən önəmlisi isə "Topoqrafın" təqdim etdiyi araşdırma və sorğu xidmətlərinin qiymətinə 1 dəfəlik 10% endirim qazanacaqsınız!
3 ədəd alındı (Toplam : 10)

Əziz dost!

Yəqin ki, ən azı bir dəfə hansısa mövzunu araşdırmısan. Xüsusilə də tədqiqatçıların həyatında araşdırmalar önəmli yer tutur. Təəssüf ki, Azərbaycanca məlumatları isə əldə etmək çox çətindir. Bəzən isə tapdığımız mənbələr etibarsızdır!

Topoqraf təşəbbüs qrupu Azərbaycan vətəndaşları üçün obyektiv, dəqiq və qərəzsiz databaza yaratmağı hədəfləyir. Bizim platformamız vasitəsilə siz həyata keçirilən sorğuların nəticələrinə, tədqiqatlara və məqalələrə, o cümlədən infoqrafikalara çıxış imkanı əldə edəcəksiniz! Vebsaytımızın funksionallığı sayəsində informasiyalar sizin üçün həm maraqlı, həm də anlaşılan üslubda olacaq. Burada siz bir neçə faydalı funksiyadan istifadə edə biləcəksiniz. 

Ay ərzində mağazalardakı qiymətlərin necə dəyişdiyini evdən çıxmadan öyrənmək istəyirsiniz? Vebsaytımızın “İstehlak səbəti” funksiyası vasitəsilə bunu asanlıqla görə biləcəksiniz! 

Həm akademik, həm də gündəlik həyatında sənə lazım olacaq bütün informasiyalar bir məkanda olacaqdır!

Linklər

Etiketlər

datavisualization datacollection

İdeyanıza bizimlə həyat verin!